AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşğaldan azad olunmuş ərazilərdə aparılan işlər qeyri-neft sektorunun inkişafına töhfədir

  • + A
  • - A
  • 15-02-2021, 08:30


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Cənab Prezident İlham Əliyevin Laçında Azərbaycan bayrağını qaldırması bütün dünya azərbaycanlılarının qürurla izlədiyi səhnə idi.
    Cənab Prezidentin işğaldan azad olunmuş torpaqlara vaxtaşırı səfər etməsi o torpaqların Azərbaycan dövləti üçün necə dəyərli olmasına ən gözəl nümunədir. Edilən səfərlər işğaldan azad olunmuş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin birbaşa cənab Prezidentin nəzarəti altında aparılmasından xəbər verir.

    Dövlətimizin başçısı İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə isə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyevin hələ illər öncədən qarşıya qoyduğu, müəyyən etdiyi vəzifələrdən biri işğaldan azad edildikdən sonra rayon və şəhərlərimizin yenidən qurulması, Böyük Qayıdış proqramının həyata keçirilməsi idi. Bu vəzifənin real olaraq həyata keçirilməsinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlanılmışdı. Cocuq Mərcanlının qısa zamanda yenidən qurulması ondan xəbər verirdi ki, gün gələcək işğal altındakı torpaqlarımız da azad olunacaq və həmin ərazilər bərpa ediləcək.

    O gün yetişdi və Böyük Qayıdışın növbəti mərhələsi, işğaldan azad olunan ərazilərin yenidən qurulması hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başladı. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. Görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var.
    Hadisələrin gedişatı göstərir ki, tezliklə Ali Baş Komandanımızın və Müzəffər Ordumuzun və işğaldan azad etdiyi ərazilər cənnət-məkana çevriləcək, pandemiya ilə əlaqədər zəifləmiş iqtisadiyyat özünün dirçəlişini məhz o müqəddəs torpaqlarda tapacaq. Çünki o ərazilərdə aparılan quruculuq- abadlıq işləri yüzlərlə iş yerinin yaranması, yüzlərlə tikinti marerialları mağazasının işə düşməsi, bir sözlə qeyri-neft sektorunun inkişafı və dirçəlişinə səbəb olacaq.
    Yaşasın bu gözəl anları bizə yaşadan Müzəffər Ali Baş Komandanımız!
    Yaşasın bizi tarixi torpaqlarımıza qaytarmaq üçün canından keçməyə hazır olan Ordumuz! Əlbəttə, tarixi qələbədən, azad olunmuş torpaqlardan danışarkən şəhidləri yad etməmək mümkün deyil. Hər birini hörmətlə anır, ruhlarına dualar edirik. Edilən diplomatik basqılara baxmayaraq torpaqlarını düşmən tapdağından azad edən güclü Azərbaycan dövləti, tezliklə oraları dünyanın inkişaf etmiş ölkələrinin tarixi şəhərləri ilə müqayisə olunacaq bir turizm məkanına çevirəcək, oraların zəngin təbii resursları, təbiəti aqrar sektorun inkişafına öz töhfəsini verəcək. Çətin günlərin geridə qaldı, Azərbaycan!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR