AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı, Sumqayıt və Abşeronda əyani tədrisə cəlb olunan V-IX sinif şagirdlərinin sayı açıqlanıb

  • + A
  • - A
  • 15-02-2021, 11:46

    [center][center]
    Təhsil Nazirliyi Bakı, Sumqayıt və Abşeronda bu gün əyani tədrisə cəlb olunan V-IX sinif şagirdlərinin sayını açıqlayıb.

    Nazirlikdən verilən məlumata görə, bu gün Bakı üzrə 225 692 nəfər, Sumqayıt üzrə 27 675 nəfər, Abşeron üzrə isə 29 216 nəfər V-IX sinif şagirdi məktəbə gedir.

    Sözügedən bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, I-IV siniflərdə həftədə 3 dəfə, V-IX siniflərdə həftədə 2 dəfə olmaqla ənənəvi şəkildə təşkil ediləcək. Xüsusi məktəblərdə isə I-IX siniflər üzrə tədris həftədə 5 dəfə olmaqla bərpa edilir.

    Bu gündən məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) də fəaliyyəti bərpa olunur.

    Qeyd edək ki, sözügedən bölgələr istisna olmaqla, digər şəhər və rayonlarda 8 fevral tarixindən V-IX siniflərdə ənənəvi tədris forması qismən bərpa olunub. Ölkə üzrə ibtidai siniflər və məktəbəhazırlıq üçün ənənəvi tədris isə 1 fevral tarixindən qismən davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR