AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə helikopter qəzasında şəhid olanların sayı 11-ə çatdı - Yenilənib + Fotolar

  • + A
  • - A
  • 4-03-2021, 23:34



    Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

    Azadmedia.az xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, qəza nəticəsində doqquz əsgər şəhid olub, dördü yaralanıb.

    Hadisə Bitlisin Tatvan rayonunda, Nemrud dağının ətəklərində, yerli vaxtla 17.30-da qeydə alınıb. Qəzanın səbəbi hələlik bilinmir. Ancaq bölgədə duman olduğu qeyd edilir.

    Nazirlikdən bildirilib ki, yaralı hərbçilərin xəstəxanlara yerləşdirilməsi ilə bağlı işlər davam etdirilir.  

    ***

    Türkiyədə baş verən hərbi helikopter qəzasında həlak olanların sayı artıb.

    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb:

    “Tatvanda baş verən helicopter qəzasında yaralanan dörd qəhrəman silah yoldaşımızdan daha biri xəstəxanada vəfat edib. Bununla şəhidlərimizin sayı 10-a yüksəlib”.

    ***

    Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 11-ə çatıb.

    Bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    “Tatvanda qəzaya uörayan helikopterdəki qəhrəman silahdaşlarımızdan daha biri şəhid olub. Şəhid sayı 11-ə yüksəlib”, - nazirliyin açıqlamasında deyilir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR