AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cüdo millimizin növbəti “Böyük Dəbilqə” üçün heyəti açıqlandı

  • + A
  • - A
  • 27-03-2021, 19:05


    Türkiyənin Antalya şəhərində keçiriləcək ilin dördüncü “Böyük Dəbilqə” yarışında iştirak edəcək Azərbaycan millisinin heyətinə aydınlıq gəlib.

    Azadmedia.Az
    -ın xəbərinə görə, qardaş ölkədə millimiz 13 cüdoçu ilə təmsil olunacaq. Bunlardan 9-u kişi, 4-ü qadın idmançı olacaq.

    Kişilər: Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi -60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi -66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi -81 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi -100 kq), Uşanqi Kokauri (+100 kq);

    Qadınlar: Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq), Günel Həsənli (-70 kq)

    Qeyd edək ki, 1-3 aprel tarixlərində keçiriləcək Antalyadakı turnirdə 101 ölkədən 543 cüdoçunun (321 kişi və 222 qadın) iştirakı qeydiyyata alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR