Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) qərarı ilə mayın 14-dən etibarən Azərbaycanın 30 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.
Azadmedia.az xəbər verir ki, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.