AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hörmətli həmfikirlər,əziz qrup üzvləri və valideyinlər !

  • + A
  • - A
  • 21-05-2021, 11:17

    Hörmətli həmfikirlər,əziz qrup üzvləri və valideyinlər !

    Ümumillilider Heydər Əliyev demişdir:

    "Mən Azərbaycanın sadə vətəndaşıyam.Bu addan yüksək ad yoxdur.Ancaq bundan da,yüksək ad müəllimlikdir"


    Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılan "Masallı Təhsil Fondu"nun fəaliyyəti əsasında görülən işlər, Ulu Öndər Heydər Əliyevin müəllimə verdiyi qiymətin baris nümunəsi hesab edilə bilər.
    "Masallı Təhsil Fondu" bir illik fəaliyyəti zamanı,70-saylı seçki dairəsinə daxil olan,rayonun ümumtəhsil məktəblərində təhsil alan qızların müəllim olmaq arzularını yerinə yetirir.Masallıda yüksək biliyə,dərin zəkaya malik qızların təhsil almalarına böyük ehtiyac var.
    2020/2021-ci tədris ilində 70-saylı seçki dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərində 9-cu siniflərdə 1042 şagird,o cümlədən 416 qız təhsil alır.9 və 16 iyun 2021-ci il tarixdə 9-cu siniflərin buraxılış imtahanları olacaq.
    "Masallı Təhsil Fondu" 9-cu siniflərdə oxuyan qızların 10-cu siniflərdə hamılıqla oxumalarını arzu edir.Valideyinlərə bildiririk ki,qızlarınızı təhsildən yayındırmayın.Onların təhsil almaqları üçün,"Masallı Təhsil Fondu" hər cür kömək etməyə hazırdır.
    Artıq 11-ci sinif şagirdlərinin 23 aprel 2021-ci il tarixdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələri elan edilib.
    70-saylı seçki dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərini bitirən 296 nəfər qızlar öz biliklərinə uyğun arzularına görə ali məktəbləri seçəcəklər.Buraxılış imtahanlarından 25 nəfər 250 baldan yüksək nəticə əldə etmiş şagirdlərimizdən 10 nəfəri qızdır.Müqayisə üçün bildirirəm ki,rayon üzrə 250 baldan yüksək nəticə göstərən şagirdlərimiz 46 nəfər olmuş,onların 25 nəfəri 70-saylı seçki dairəsinə daxil olan məktəblərin şagirdləridir.Sevindirici haldır ki,yüksək nəticə göstərən məktəblərin şagirdləri 70-saylı seçki dairəsinə daxil olan məktəblərdir.

    1-ci yer: 291 bal,Mustafayev Kamran Teymur oğlu,Köçəkli kənd tam orta məktəb
    2-ci yer: 288 bal,Həncəli Nəzrin Elçin qızı,Masallı şəhər 5 saylı tam orta məktəb
    3-cü yer: 279 bal,Nəcəfli Ləman Hacı qızı,Binə Xocavar kənd tam orta məktəbi

    "Masallı Təhsil Fondu" və onun əməkdaşlarının apardıqları təbliğatı işlərin nəticələri öz bəhrəsini verməkdədir.
    Hörmətli valideyinlər və əziz qızlar !
    Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılan,"Masallı Təhsil Fondunun" imkanlarından istifadə edin.Siz bizim milli-mənəvi dəyərlərimizi qoruyan insanlardan olmalısınız.Köhnə təfəkkür artıq bugun ki,Azərbaycana yaraşmır.
    Sizlərə ali məktəblərə qəbul imtahanlarında uğurlar arzulayıram.

    "Masallı Təhsil Fondu"nun direktoru: H.Hüseynov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR