AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vüqar Bayramov - Ticarət dövriyyəsi artacaq, gəlirlər yüksələcək

  • + A
  • - A
  • 16-06-2021, 16:42

    Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanması iki ölkə arasında strateji əməkdaşlığı dərinləşdirməklə yanaşı iqtisadi münasibətlərin də genişlənməsinə imkan yaradacaq.
    Vüqar Bayramov - Ticarət dövriyyəsi artacaq, gəlirlər yüksələcək
    Azadmedia.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.

    O bildirib ki, Bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır:

    “Bu il martın 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib. Saziş 15 mal qrupunu əhatə edir. Qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb”.

    V.Bayramov ötən il Türkiyənin Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal etdiyini və bunun da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çox olduğunu vurğulayıb:

    “Bu, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın artıq güclənməsindən xəbər verir. Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR