AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Amerikalı məşhur müğənni vəfat etdi

  • + A
  • - A
  • 14-08-2021, 09:25

    Amerikalı məşhur müğənni vəfat etdi

    Amerikalı folk ifaçısı, “Grammy” mükafatçısı Nensi Qriffit 68 yaşında dünyasını dəyişib.

    Bu barədə “Qafqazinfo” “Variety” jurnalına istinadən xəbər verir.

    Məlumata görə, müğənni cümə günü səhər saatlarında Neşvill şəhərində (Tennessi ştatı) vəfat edib. Onun ölüm səbəbi açıqlanmır. Jurnalın yazdığına görə, 1990-cı illərdə ifaçı iki dəfə xərçəng xəstəliyinə qalib gəlib.

    Qeyd edək ki, Qriffit 18 albom yazdırıb. O, yaradıcılığı boyu bir sıra mükafatlara, o cümlədən “Other Voices, Other Rooms” plastinkasına görə “Ən yaxşı müasir folk albom” nominasiyasında “Grammy”yə layiq görülüb. Qriffit, həmçinin 1994-cü ildə “Ən yaxşı beynəlxalq ifaçı” nominasiyasında “Brit Awards” mükafatını alıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR