AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin təlimdə həlak olan nazirə Rusiya Qəhrəmanı adı verdi

  • + A
  • - A
  • 9-09-2021, 11:37

    Rusiya Prezidenti Vladimir Putin fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçevə ölümündən sonra Rusiya Qəhrəmanı adı verib.

    Unikal.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    “Prezident Putin vəzifə borcunu yerinə yetirərkən nümayiş etdirdiyi qəhrəmanlığa, mərdliyə və igidliyə görə Y. Ziniçevə Rusiya Qəhrəmanı adı verilməsi barədə Fərman imzalayıb”, - deyə məlumatda bildiilir.

    Qeyd edək ki, Y. Ziniçev Krasnoyarsk diyarının Norilsk şəhərində təlim zamanı kinorejissor Aleksandr Melniki xilas etmək istəyən zaman həlak olub.

    55 yaşlı nazir yüksəklikdən suya düşən rejissoru xilas etmək üçün tullanarkən daşa çırpılıb. Nəticədə həm o, həm də A. Melnik həlak olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR