AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AZƏRİQAZ” İB-NİN BAŞ DİREKTORU 3 KƏNDİN QAZLAŞDIRILMASI İLƏ BAĞLI TAPŞIRIQ VERDİ

  • + A
  • - A
  • 28-09-2021, 19:16


    "Azəriqaz" İstehsalat Birliyinin sayca 17-ci "Açıq mikrofon" aksiyası baş tutub. Azadmedia.az xəbər verir ki, Cəlilabad rayonunun Cəfərli kənd sakinlərinin sosial şəbəkə üzərindən Birliyin baş direktorunun səhifəsinə ünvanladıqları çoxsaylı müraciətlər aksiyanın bu kənddə keçirilməsini vacib edib. Birliyin baş direktoru Ruslan Əliyev, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov və "Azəriqaz" İstehsalat Birliyi yanında yaradılan İctimai Şuranın sədri Xəyal Bəşirov bu kəndə gələrək sakinlərin qaz təchizatı ilə bağlı problem və təkliflərini yerindəcə dinləyiblər. Vətəndaşlar qarşıdan gələn qış aylarında üzləşdikləri problemləri Birliyin rəhbərliyinə çatdırıblar. Baş direktor ünvanlanan hər bir müraciəti yerindəcə cavablandırıb. Mövcud vəziyyət nəzərə alınmaqla qısa müddət ərzində Cəfərli kəndinin qazlaşdırılmasının həyata keçiriləcəyini bildirilib.
    Cəfərli kəndi ilə qonşu Çünəxanlı və Həsənli kəndlərinin sakinləri də diqqətdən kənarda qalmayıb. Kənd sakinləri "Açıq mikrofon" aksiyasının keçiriləcəyindən xəbər tutaraq problemlərini bildirmək üçün "Səyyar qəbul otağı” təşkil olunan Cəfərli kəndinə gəliblər. Vətəndaşlar bu iki kəndin də təbii qazla təmin edilməsini baş direktordan xahiş ediblər. Birliyin rəhbəri vətəndaşların problem və təkliflərini dinlədikdən sonra sözügedən hər 3 kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verib.
    Qeyd edək ki, oktyabr ayının 10-dək Birliyin Təmir-tikinti İdarəsi tərəfindən Cəfərli, Çünəxanlı və Həsənli kəndlərinin qazlaşdırılması işlərinə başlanılacaq









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR