"Azəriqaz" İstehsalat Birliyinin sayca on ikinci "Açıq mikrofon" aksiyası Suraxanı rayonunun Zığ qəsəbəsində təşkil olunacaq.
Bu barədə Azadmedia.az-a "Azəriqaz"dan bildirilib.
Sürüşmə zonasından köçürülən vətəndaşların məskunlaşdığı ərazinin qazlaşması ilə bağlı daxil olan müraciətlər əsasında təşkil olunan "Səyyar qəbul otağı" sentyabrın 13-də saat 11:00-dan 13:00-dək vətəndaşların üzünə açıq olacaq.
Vətəndaş məmnunluğunu hər şeydən üstün tutan Birlik bundan sonra da bu cür aksiyaları davam etdirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.