Prezident İlham Əliyev və Baş nazir Paşinyan Qarabağda qan tökülməsini dayandıraraq siyasi müdriklik nümayiş etdirdilər.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin "Valday" beynəlxalq klubunun plenar iclasında çıxış edərkən deyib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhəd məsələsinin həlli qarşılıqlı kompromislər tələb edir.
Putin Qarabağdakı vəziyyəti dəyərləndirib:
“Ümumiyyətlə, Qarabağda vəziyyəti qoruyub saxlamaq alınır. Lakin həmişə insidentlərdən qaçmaq olmur və bu qədər qarşıdurmadan sonra ideal mənzərəni təsəvvür etmək çətindir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.