Azərbaycan Qafan-Çakaten yolunda gömrük məntəqəsi açır.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, gömrük məntəqəsi 15 noyabrdan fəaliyyətə başlayacaq.
“15 noyabr saat 00:00-dan Azərbaycan öz nəzarətində olan Qafan-Çakaten yolunda sərhəd və gömrük nəzarəti tətbiq edəcək”, - məlumatda bildirilib.
Qeyd edilib ki, Ermənistan da paralel olaraq anoloji məntəqələr yaradır.
Ermənistan MTX alternativ yolun ilin sonunadək hazır olacağını da bildirib.
Xatırladaq ki, Azərbaycan artıq analoji məntəqələri Gorus-Qafan yolunda qurub və orda 11 noyabrdan fəaliyyət başlayıb.