Prezident İlham Əliyev Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Sənəd dövlət başçısının “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli fərmanının icrası ilə əlaqədar təsdiqlənib.
Fərmana əsasən, "Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də səlahiyyətli orqan dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qurum Əsasnamədə nəzərdə tutulmuş aktları altı ay müddətində qəbul etməlir, Əsasnamədən irəli gələn digər vəzifələri həyata keçirməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.