AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev 5 fərman imzaladı

  • + A
  • - A
  • 7-07-2020, 22:20

    İlham Əliyev 5 fərman imzaladı
    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 105-VIQD nömrəli Qanununun tətbiqi və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

    Azadmedia.az fərmanın mətnini təqdim edir:

    “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 96; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 3, maddə 433, № 10, maddə 1610; 2017, № 7, maddə 1338) aşağıdakı dəyişikliklər edilsin:

    1. 2.1-ci bənddə “və 9.1-ci” sözləri “ , 9.1-ci və 19.4-cü” sözləri ilə əvəz edilsin.

    2. 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:

    “2.5. həmin Qanunun 19.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.”.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 392 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 126-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2011-ci il 1 iyul tarixli 459 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2012-ci il 8 may tarixli 624 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 9 avqust tarixli 1008 nömrəli və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 329-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 14 noyabr tarixli 1105 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Fərmanda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında, 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 yanvar tarixli 918 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

    1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 392 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 173) 2-ci hissəsi ləğv edilsin.

    2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 17 may tarixli 126-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 459 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 622) 3-cü, 4-cü və 5-ci hissələri ləğv edilsin.

    3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 624 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 417; 2017, № 4, maddə 559) 3-cü hissəsi ləğv edilsin.

    4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1008 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1369) 2-ci və 5-ci hissələri ləğv edilsin.

    5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 329-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 noyabr tarixli 1105 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1812) 3-cü hissəsi ləğv edilsin”.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 625-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 30 may tarixli 1435 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 21 iyun tarixli 1474 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 967-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1808 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1077-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 14 may tarixli 66 nömrəli və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1114-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 22 may tarixli 79 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Fərmanda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında, 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 yanvar tarixli 918 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

    1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 625-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 1435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 839) 2-ci hissəsi ləğv edilsin.

    2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 693-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1474 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1090) 3-cü hissəsi ləğv edilsin.

    3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 967-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1808 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 172) 3-cü hissəsi ləğv edilsin.

    4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1077-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 may tarixli 66 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 934) 3-cü hissəsi ləğv edilsin.

    5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1114-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 may tarixli 79 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 947) 3-cü hissəsi ləğv edilsin”.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” 2002-ci il 24 avqust tarixli 776 nömrəli və “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2005-ci il 3 iyun tarixli 244 nömrəli fərmanlarının ləğv edilməsi barədə fərman imzalayıb.

    Fərmanda deyilir:

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında, 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 yanvar tarixli 918 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

    1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 776 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 496) ləğv edilsin.

    2. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 244 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 481) ləğv edilsin”.

    ***

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 6 dekabr tarixli 822 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 30 may tarixli 122-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 443 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 7 may tarixli 755 nömrəli, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli və “Məhkəmələr və hakimlər haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Prokurorluq haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 23 noyabr tarixli 185 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

    Fərmanda deyilir:

    "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında, 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 yanvar tarixli 918 nömrəli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qərara alıram:

    1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7) aşağıdakı məzmunda 3.23-1-ci bənd əlavə edilsin:

    “3.23-1. həmin Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum:

    3.23-1.1. mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apelyasiya şuraları;

    3.23-1.2. məhkəmə hakimiyyəti orqanlarının və Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yaradılmış Apelyasiya Şurasıdır;”.

    2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 dekabr tarixli 822 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 12, maddə 717) 3-cü hissəsi ləğv edilsin.

    3. “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 30 may tarixli 122-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 443 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 669; 2008, № 6, maddə 492) 2.1-ci bəndi ləğv edilsin.

    4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 755 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 366; 2009, № 7, maddə 531) 2-ci hissəsi ləğv edilsin.

    5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 3 oktyabr tarixli 830 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 10, maddə 889; 2012, № 12, maddə 1245; 2017, № 5, maddə 801) 2-ci hissəsi ləğv edilsin.

    6. “Məhkəmələr və hakimlər haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Prokurorluq haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 noyabr tarixli 185 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 888; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 1011 nömrəli Fərmanı) 2-ci hissəsindən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.9-cu maddəsində,” sözləri çıxarılsın.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR