Son günlər meyvə-tərəvəz məhsullarının qiymətində sürətli artım müşahidə edilir.
Azadmedia.az xəbər verir ki, bazarlarda olan bu qiymət artımı alıcılıq qabiliyyətini aşağı salıb.
Alıcılar kimi satıcılar da mövcud qiymət artımından narazıdırlar. Çünki onlar məhsulları baha alıb, daha baha satmağa məcbur olduqları üçün mövcud vəziyyət əleyhlərinə işləyir.