AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı güləşçiləri respublika turnirinin qalibi oldu - FOTO

  • + A
  • - A
  • 3-03-2022, 19:54

    Masallı güləşçiləri respublika turnirinin qalibi oldu - FOTO
    Masallı güləşçiləri respublika turnirinin qalibi oldu.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin Şirvan şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika turniri keçirilib.

    Belə ki, Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar təşkil olunan yarışlarda Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirmələri (məşqçilər Təhmasib İsayev, Elşən Mehdiyev) Namiq Babayev (92 kq) və Amin Qulamov (110 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

    Hər iki güləşçi “Təhsil” Respublika İdman Mərkəzinin birinci dərəcəli diplom və medalları ilə təltif olunub.

    Qeyd edək ki, turnirin keçirilməsində məqsəd güləş idman növünün təbliği və inkişafı, perspektivli idmançıların aşkar edilməsi, eləcə də Mərkəzin yığma komandasının tərkibinin müəyyən edilməsindən ibarət olub.

    Azadmedia.az rəhbərliyi və kollektivi qalibləri təbrik edir, uğurlar arzulayır!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR