AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı məktəblisi respublika birinciliyində II yeri tutdu

  • + A
  • - A
  • 22-02-2021, 20:20


    Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat üzrə onlayn qaydada respublika birinciliyi keçirilmişdir. “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 17 yaşadək şahmatçılar arasında keçirilən birincilikdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlılardan ibarət Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin və şahmat klublarının komandaları iştirak ediblər.
    Dünya çempionu Aydın Süleymanlı, FİDE (Beynəlxalq Şahmat Federasiyası) ustaları Süleyman Süleymanov və Atilla Eynullayevin iştirak etdiyi onlayn respublika birinciliyində Masallı rayonu “Dəfinə” məktəb-liseyinin XI sinif şagirdi və Masallı rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsi Talıbzadə Mirseyidəli Araz oğlu I lövhədə yarışa qatılmış və II yerə layiq görülmüşdür.
    Qeyd etmək istəyirik ki, 10 yaşından şahmatla məşğul olan Mirseyidəli Talıbzadə 2017-ci ildə Astara şəhərində keçirilmiş 16 yaşadək yeniyetmə və gənclərin respublika şahmat olimpiadasında da iştirak etmiş və II yeri tutmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR