Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun bu gün baş tutacağı gözlənilir.
Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyanın Ukraynanın “Strana” nəşrinə verdiyi məlumata görə, üçüncü tur əvvəlki kimi Polşa-Belarus sərhədində keçiriləcək.
Araxamiyanın sözlərinə görə, danışıqlar Belovejskdə - Puşedə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. Müzakirələrin faktiki olaraq martın 7-də baş tuta biləcəyini Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Sluski də təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.