Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Ukrayna, Rusiya və Belarusdur. Dövlət Gömrük Komitəsinin statistikasına, əsasən təkcə yanvar ayında Ukraynaya 199,8 milyon, Rusiyaya 72,5 milyon, Belarusa isə 2,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. Xarici Bazarlar üzrə ekspert Valeh Qəmbərov deyir ki, Ukrayna ilə Rusiya arasında başlanan müharibə fonunda Azərbaycandan bu öləkələrə ixracatın həcmi bir qədər də artırıb. Ekspertin sözlərinə görə, artım, xüsusilə, kənd təsəsrrüfatı məhsullarında daha çox müşahidə olunur. Rusiya blokadada olduğundan məhsullarımızın ixracı daha da artacaq.Valeh Qəmbərovun fikrincə, şimal qonşumuzda milli valyutanın ucuzlaşması bu ölkəyə ixrac olunan məhsulların qiymətinə təsir etməyəcək. Onun sözlərinə görə, qiymətlərin dəyişimi Azərbaycanda yalnız təbii şəkildə baş verə bilər. Ekspert deyir ki, hazırkı şəraitdə hansısa məhsulun həm idxalında, həm də ixracında yaranan qiymət artımı yalnız bəzi özəl şirkətlərin vəziyyətdən istifadəsi anlamına gələ bilər. Ekspert bildirir ki , qida təhlükəsizliyi təmin edilən məhsullarda spilyukativ qiymət artımı qeyri mümkündür
Qeyd edək ki mart 5-dən etibarən Azərbaycandan Rusiyaya pomidor ixraci ilə bağlı tətbiq olunan məhdudiyyətlər tamamilə aradan qaldırılıb.