AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycandan böyük həcmdə neft alan altı ölkəyə ixrac baş tutmayıb

  • + A
  • - A
  • 18-05-2021, 17:58


    2021-ci ilin aprel ayında Azərbaycandan 13 ölkəyə xam neft və neft məhsulları ixrac olunub.

    AzadMedia.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal həcminə görə İtaliya, İspaniya və Tunis xüsusilə seçilir.

    Ümumilikdə ilin dörd ayı ərzində ölkəmizdən 10 milyon 737,8 min ton həcmində (4 milyard 353,1 milyon dollar dəyərində) xam neft və neft məhsulu ixrac edilib.

    Ümumi ixrac həcminə nəzər saldıqda, İtaliyaya - 5 milyon 496,8 min ton (2 milyard 210 milyon 533,3 min dollar dəyərində), Hindistana - 845 min 590,5 ton həcmində (346 milyon 185,4 min dollar dəyərində), İspaniyaya 851 min 407,8 ton (332 milyon 430,75 min dollar dəyərində) məhsul satılıb.

    Yanvar-aprel ayları ərzində ən çox xam neft və neft məhsulu ixrac etdiyimiz 19 ölkənin siyahısı:

    Təkcə aprel ayında isə Azərbaycandan ən çox İtaliyaya - 1 milyon 866 min 424,94 ton, İspaniyaya - 333 min 520,16 ton, Tunisə - 313 min 702,97 ton, Xorvatiyaya - 257 min 696,29 ton, Türkiyəyə - 224 min 825,24 ton, Portuqaliyaya - 138 min 945,7 ton, Tailanda - 138 min 730,62 ton, Ukraynaya - 110 min 475,91, İsrailə - 91 min 763,89 ton, Belarusa - 89 min 140,69 ton, İrlandiyaya - 87 min 840,90 ton, Çexiyaya - 37 min 259,27 ton, Rusiyaya - 82,38 ton xam neft və neft məhsul satılıb.

    Aprel ayı ərzində Azərbaycandan böyük həcmdə neft alan ölkələrdən Hindistan, Çin, Böyük Britaniya, Almaniya, Rumıniya və Avstraliyaya ixrac baş tutmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR