AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Barselona” “Qalatasaray”la bacarmadı - AL-də gecənin nəticələri

  • + A
  • - A
  • 11-03-2022, 08:21

    “Barselona” “Qalatasaray”la bacarmadı - AL-də gecənin nəticələri

    Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

    Bu gün daha beş qarşılaşma baş tutub.

    “Barselona” “Kamp Nou”da Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Qalatasaray”ı sınağa çəkib. Bu görüşdə qapılara qol vurulmayıb. “Sevilya” “Vest Hem”lə, “Atalanta” isə “Bayer”lə münasibətlərinə aydınlıq gətiriblər. Hər iki oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.

    “Braqa” “Monako” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Reyncers” isə “Srvena Zvezda”nı 3 cavabsız qolla yenib.

    Bu mərhələnin bir oyunu baş tutmayacaq. Belə ki, Ukrayna – Rusiya münasibətlərinə görə “Spartak” (Moskva) avrokuboklardan kənarlaşdırıldığı üçün onların rəqibi Almaniya “Leypsiq”i birbaşa 1/4 finala adlayıb.

    Avropa Liqası
    1/8 finalın ilk oyunları

    10 mart

    Sevilya (İspaniya) – Vest Hem (İngiltərə) 1:0
    Qol: El Haddadi, 60.

    Atalanta (İtaliya) – Bayer (Almaniya) 2:1
    Qol: Malinovski, 23. Muriel, 25; 49 – Aranquiz, 11. Diabi, 63.

    Barselona (İspaniya) – Qalatasaray (Türkiyə) 0:0

    Braqa (Portuqaliya) – Monako (Fransa) 2:0
    Qol: A.Ruis, 3. V.Oliveyra, 90.

    Reyncers (Şotlandiya) – Srvena Zvezda (Serbiya) 3:0
    Qol: Tavernye, 11. Morelos, 15. Baloqun, 51.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR