AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayon Heydər Əliyev Mərkəzində “Zəfər müjdəli bahar” adlı ədəbi-bədii tədbir keçirilib - FOTO

  • + A
  • - A
  • 19-03-2022, 15:48

    Masallı rayon Heydər Əliyev Mərkəzində “Zəfər müjdəli bahar” adlı ədəbi-bədii tədbir keçirilib - FOTO

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Martın 19-da Masallı rayon Heydər Əliyev Mərkəzində Novruz bayramı ilə bağlı “Zəfər müjdəli bahar” mövzusunda ədəbi-bədii tədbir keçirilib.

    Tədbirə başlamazdan əvvəl ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işgaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

    Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edərək, Novruz bayramının ürəklərdə ən gözəl, ən nəcib duyğular doğurduğunu bildirmiş, bu əziz bayram münasibətilə əməkdaşlara və gənclərə xoş arzularını çatdırıb.

    Sonra Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin iştirakı ilə Novruza həsr edilmiş ədəbi-bədii kompozisiya göstərilib.

    Qeyd edək ki, kompozisiyada Novruz adət-ənənələrini özündə əks etdirən bahar qızı, kosa və keçəlin iştirakı ilə mahnılar oxunub və şeirlər söylənilib.











    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR