AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Novruznamə" adlı musiqili kompozisiya təqdim edilib

  • + A
  • - A
  • 20-03-2022, 00:24

    Masallıda "Novruznamə" adlı musiqili kompozisiya təqdim edilib

    "Novruznamə" adlı musiqili kompozisiya təşkil olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı şəhər Onbirillik İncəsənət Məktəbində "Novruznamə" adlı musiqili kompozisiya təqdim edilib.

    Belə ki, Masallı şəhər Onbirillik İncəsənət Məktəbində Novruz bayramı münasibətilə musiqili kompozisiya təqdim edilib. Bədii proqramda Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, mədəniyyət işçiləri, şagird valideynləri və digər qonaqlar iştirak ediblər.

    Təhsil müəssisəsinin müəllim və şagirdlərinin hazırladığı "Novruznamə" adlı bədii proqramda milli kinofilmlərdən götürülmüş maraqlı epizodlar fərqli üslub və məzmunda səhnələşdirilib, Novruz personajları kosa və keçəlin iştirakı ilə əyləncəli oyun və yumoristik nömrələr nümayiş etdirilib. Bundan əlavə, bayram tədbirində məktəbin müəllimləri konsert proqramı ilə çıxış ediblər. Sonra şagirdlərin ifasında kinofilmlərdən musiqilər səsləndirilib, milli və əcnəbi rəqslər ifa olunub.

    Bədii proqramdan sonra İdarə rəisi Bəxtiyar Qılıncov məktəbin pedaqoji kollektivi və tədbirin qonaqlarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, kollektivə tədris və yaradıcılıq uğurları arzu edib.

    Qeyd edək ki, musiqili kompozisiyanın sonunda xatirə şəkilləri çəkdirilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR