AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dr. Rəxşəndə Bayramova: “Hər il Quba Soyqırımı Memorial Kompleksə on minlərlə insan gəlir, həm “Xatirə Abidəsi”ni, həm də burada yerləşən muzeyi ziyarət edirlər” - REPORTAJ

  • + A
  • - A
  • 25-06-2022, 16:10

    Dr. Rəxşəndə Bayramova: “Hər il Quba Soyqırımı Memorial Kompleksə on minlərlə insan gəlir, həm “Xatirə Abidəsi”ni, həm də burada yerləşən muzeyi ziyarət edirlər” - REPORTAJ




    Quba Soyqırımı Memorial Kompleksinin direktoru, Dr. Rəxşəndə Bayramova Azadmedia.az-da Ülkər Piriyevaya Quba Soyqırımı Memorial Kompleksi barədə detalları açıqlayıb.


    2007-ci ilin aprel ayında Quba şəhər stadionunda təmir-qazıntı işləri apararkən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə erməni daşnak-quldur dəstələri tərəfindən soyqırıma məruz qalmış yerli dinc əhaliyə aid olduğu müəyyən edilmişdir. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918- ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli 673 № - li sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi” inşa edilmiş və 2013-cü il sentyabr ayının 18-də cənab Prezidentin iştirakı ilə açılışı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2015-ci il tarixli, 238 saylı sərəncamı ilə Soyqırımı Memorial Kompleksi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeçiliyinə verildikdən sonra fəaliyyətini “Qoruq” statusu ilə davam etdirir. Hazırda Soyqırımı Memorial Kompleksi dövlətimizdə erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəzdir. Soyqırım Memorial Kompleksini 2013-cü ildən bəri 250 mindən çox xarici vətəndaş olmaqla, ümumilikdə 1 milyondan cox insan, o cümlədən dünyanın bir çox ölkələrindən nümayəndələr ziyarət etmişdir.
    Burada fəaliyyət göstərən Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbə əməkdaşlarının əsas missiyası erməni vandalizmini olduğu kimi bəyan etmək və Azərbaycan həqiqətlərini həm yerli, həm də beynəlxalq səviyyə də təbliğ etməkdir. Soyqırımı Memorial Kompleksində təbliğat və tanıtım işləri bir neçə istiqamətdə aparılır. Belə ki, yerli və xarici ziyarətçilərin qəbulu, əməkdaşların araşdırılmış tarixi mənbələrə istinadən yazdıqları elmi məqalələr ilə müxtəlif konfrans, simpozium və seminarlarda iştirak, hüzn və tarixi günlər, həmçinin bayram günləri ilə əlaqədar tədbirlərin təşkil edılır. Bundan əlavə, Kompleksə aid rəsmi veb-sayt və müxtəlif sosial şəbəkələrin səhifə və profillərində 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) erməni vandalları tərəfindən müxtəlif illərdə xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrləri, ermənilərin mənfur planlarının tarixi kökləri, Qafqaza köçürülmələri ilə bağlı arxiv sənədləri, fotoşəkillər, məlumatlar və digər tarixi məzmunlu mövzular izləyicilərə təqdim edilir.
    Elmi şöbə əməkdaşları son 2 ayda Bakı Slavyan Universitetində keçirilən “Türk Dünyası: Geosiyasət və Mədəni Reallıqlar” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfransında, Türkiyədə “Bilimde Yeni Yaklaşımlar və Arayışlar I Uluslararası Sempozyumu”nda, BDU-nin Tarix fakültəsində Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümünə həsr olunmuş Respublika Konfransında elmi məqaləri ilə iştirak etmişlər. Eyni zamanda, həmin məqalələr bir çox elmi jurnallarda və nüfuzlu intrnet xəbər portallarında da dərc edilmişdir.
    Gələcək təbliğat və təşviqat işlərinə yeni baxış strategiyasına əsasən, soyqırımı həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoyan Soyqırımı Memorial Kompleksi Azərbaycanın ali və orta təhsil müəssisələri ilə davamlı olaraq əməkdaşlıq edir. Bu ənənənin davamı olaraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialı, Bakı Dövlət Universitetinin Tarix fakültəsi və digər bir neçə dövlət qurumları ilə Soyqırımı Memorial Kompleksi arasında Anlaşma Memorandumu imzalanmışdır. Məqsəd daha sıx əməkdaşlağın qurulması, elm və mədəniyyət sahəsində layihələrin keçirilməsi, müxtəlifməzmunlu sərgilərin və ekskursiyaların təşkili, KİV, sosial şəbəkələrdə birgə təbliğat işlərinin aparılması prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir.

    Kompleksdə təbliğat məqsədi ilə həyata keçirilən mühüm tədbirlərdən biri də hər il Quba Beynəlxalq Elmi Simpoziumlarının keçirilməsi ənənəsidir. Bir neçə gün ərzində keçirilən Simpoziumlarda yerli və xarici alim eləcə də tədqiqatçı iştirak edir. Belə ki, 2021-ci ilin sentyabr ayında Kompleksdə keçirllmiş “XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda II Quba Beynəlxalq Elmi Simpoziumda 50-dən şox yerli və xarici alim və tədqiqatçı iştirak etmişdir.
    Soyqırımı Memorial Kompleksində kitabxana və fond işi daima diqqətdə saxlanılır. Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu, AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutu, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi və Bakı Dövlət Universitetinin Tarix fakultəsi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycanlılara qarşı törədilmiş soyqırımları tarixinə dair müxtəlif adda ümumilikdə 300-dən çox kitab, eyni mövzularda Konfrans materiallarından ibarət jurnal və toplular Kompleksin kitabxanasına hədiyyə olunmuşdur. Azərbaycanda baş verən soyqırımı hadisələri haqqında araşdırma aparan ziyarətçilər üçün kitabxanada tarixə aid nadir kitablarla yanaşı, Kompleksdə hazırlanmış təbliğat və tanıtım xarakterli 8 dildə (Azərbaycan, ingilis, rus, türk, fars, çin, fransız və ərəb) buklet, müxtəlif kitabçalar və digər çap məhsullarından istifadə etməklə məlumatlar əldə etmək imkanı yaradılır. Kompleksin Fonduna Azərbaycan, eləcə də Türkiyə arxiv idarələrindən soyqırımı hadisələrilə bağlı sənədlər təqdim edilmişdir.
    Hər il 31 mart– Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş Respublika tədbiri Soyqırımı Memorial Kompleksində ölkənin qabaqcıl ictimaiyyətinin iştirakı ilə geniş formatda qeyd olunur. On minlərlə insan Kompleksə gəlir, həm “Xatirə Abidəsi”ni, həm də burada yerləşən muzeyi ziyarət edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR