AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mart qırğını – bəşər tarixinin ən qanlı faciələrindən biri

  • + A
  • - A
  • 29-03-2022, 18:00

    Mart qırğını – bəşər tarixinin ən qanlı faciələrindən biri

    Rafiq Əliyev
    YAP Yevlax rayon təşkilatının sədri

    Hər bir xalqın taleyinə qanla yazılmış tarixi günlər vardır. Özünü bolşevik kimi qələmə verən, əslində isə qatı daşnak olan Şamuyanın fitvası ilə XX əsrin əvvəlində xalqımıza qarşı misli görünməmiş bir soyqırım törədilmişdir.

    1918 – ci ilin 31 mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə soyadışımız ermənilər tərəfindən qətlə yetirilmiş, yaşayış məntəqələri, mədəniyyət abidələri, məscid və qəbirstanlıqlar yerlə - yeksan edilmişdir. Azğınlaşmış erməni daşnak millətçiləri Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan və digər bölgələrdə də kütləvi qətillər, talanlar və etnik təmizləmələr həyata keçirmiş, dinc əhalini vəhşicəsinə qətlə yetirərək, xalqımıza qarşı əsil soyqırım törətmişlər.
    1918 – ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı Sovetinin qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz ata- baba torpaqlarından qovmuşlar. 656 yaşayış məskəni xarabalığa çevirilmişdir. 4 gün davam edən mart qırğınında təkcə Bakıda 12 mindən çox insan, qocalar, qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir.
    Erməni cəlladlarının Şamaxıda, Salyanda, Qubada törədikləri vəhşilik öz miqyasına görə bəşər tarixində baş vermiş faciələrin ən dəhşətlilərindən biridir.
    Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüşdür. Şamaxı qəzasında 120 kəndin 86 - sı erməni təcavüzünə məruz qalmış, ümumillikdə isə bu qətliamlarda 24 minə yaxın soydaşımızın həyatına son qoyulmuşdur.
    Quba qırğınları zamanı şəhərdə 2900-ə dək, Quba qəzası üzrə isə ümumillikdə 4000 nəfərdən artıq insan qətlə yetirilmişdir. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə yəhudi, ləzgi, avar və talış milliyətinə, mənsubiyyətinə görə qılıncdan, süngüdən keçirilmiş, diri- diri yandırılmışdır. Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009- cu il tarixli Sərəncamı ilə Quba şəhərində “ Soyqırımı memorial kompleksi”-nin yaradılmasına qərar vermişdir. 2013 –cü il sentyabrın 18-də ümumi sahəsi 3,5 hektar və 5 hissədən ibarət olan Soyqırımı memorial kompleksinin açılışı zamanı Prezident İlham Əliyev demişdir : “ 1918 – cil ilin mart- iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir ... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir”.
    Erməni millətçilər tərəfindən 1918- ci ilin mart ayında xalqımıza qarşı törədilmiş genosid uzun illər öz siyasi və hüquqi qiymətini almamış, xalqdan gizlədilmiş, qanlı hadisələr ört - basdır edilmişdir.
    Sovet ittifaqı qurulduqdan sonra da xalqımıza qarşı həyata keçirilən soyqırım siyasəti zaman - zaman davam etmiş, 1948 - 1953 – cü illərdə xalqımız yeni-yeni faciələrlə üzləşmişdir. Yüz əlli mindən çox soydaşımız kütləvi surətdə, zorakılıqla öz dədə-baba yurdlarından sürgün edilmişdir. 1988 – ci ildən başlayaraq ermənilər əzəli torpaqlarımızda yeni – yeni qırğınlar törətmiş, xalqa misli görünməmiş Xocalı faciəsini və digər faciələri yaşatmışlar.
    Xalqdan gizli saxlanılan tariximizi yalan və böhtanlardan təmizləmək və baş vermiş hadisələrə obyektiv və siyasi qiymət vermək məqsədilə ulu öndər Heydər Əliyev 1997- ci ildə “ 1948- 1953- cü illərdə Azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlardan kütləvi surətdə deportasiyası haqqında” fərman imzaladı.
    Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından proqram xarakterli bu sənədlərin böyük əhəmiyyəti vardır.
    Ulu öndər Azərbaycan tarixində ilk dəfə olaraq dəqiq faktlar əsasında erməni məkrini bütün dünya qarşısında ifşa hədəfinə çevirdi. Ulu öndərin 1998 – ci ildə imzaladığı sərəncamla 31 mart ölkəmizdə Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.
    Azərbaycan xalqı müdrik rəhbərimizin bu xidmətini həmişə minnətdarlıq hissi ilə xatırlayır.
    Ümumilli lider Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət 18 ildir ki, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Məhz bu uğurlu siyasət 2020- ci ildə öz bəhrəsini verdi. 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan, 1 milyondan çox soydaşımızı öz ata-baba yurdunda qaçqına çevirən erməni daşnakları Ali Baş Komandan Cənab İlham Əliyevin Dəmir yumruğunun zərbəsini hiss etdilər. Mili Ordumuzun müzəffər əsgər və zabitləri 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək, tarixi ədaləti bərpa etdilər, şəhidlərimizin qisasını aldılar.
    Bu gün fəxr edirik ki, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır, tamlığı bərpa olunmuş sərhədlərimizi Azərbaycan əsgəri qoruyur.
    İllər keçəcək, əsrlər ötəcək lakin, erməni vəhşiliyi nəticəsində şəhid olmuş qəhrəman əsgərlərimizin, soyqırıma məruz qalmış soydaşlarımızın əziz xatirəsi gələcək nəsillər tərəfindən unudulmayacaq, daim ehtiramla yad ediləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR