AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstanbulun mərkəzində Qarabağ Şəhidlərinin adını daşıyan park salınacaq

  • + A
  • - A
  • 10-11-2022, 11:51

    İstanbulun mərkəzində Qarabağ Şəhidlərinin adını daşıyan park salınacaq

    İstanbulun mərkəzində Qarabağ Şəhidlərinin adını daşıyan park salınacaq. Azadmedia.az xəbər verir ki, bu barədə “Palmali Holding”in Mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib. Fidan xanımın biıdirdiyinə görə, “Palmali Holding”in qurucusu, azərbaycanlı iş adamı Mübariz Mənsimov Beşiktaş Bələdiyyəsinin rəhbərliyi ilə bununla bağlı danışıqlar aparıb və razılıq əldə edilib. Hal-hazırda layihəni həyata keçirmək üçün Beşiktaşda uyğun yer axtarılır.
    Xatırladaq ki, bundan əvvəl İstanbulda Heyder Əliyev adına və Azərbaycan-Türkiyə qardaşlıq parkları məhz Mübariz Mənsimov tərəfindən salınıb. Vurğulamaq lazımdır ki, Beşiktaş İstanbul şəhərinin ən dəyərli, prestijli, strateji və ən mərkəzi bölgəsi sayılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR