AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu bacarığı xalqa ulu öndər Heydər Əliyev 1982-ci ilə qədər aşılamışdı

  • + A
  • - A
  • 5-01-2023, 10:12

    Bu bacarığı xalqa ulu öndər Heydər Əliyev 1982-ci ilə qədər aşılamışdı

    43 ildir ki, davam edən ümummilli lider Heydər Əliyev siyasəti dövründə Azərbaycana yad olan, düşmən olan qüvvələrin, ölkələrin maraqlarına xidmət etmək zəruriyyəti yaranmır, ancaq, təkcə Rəsulzadə və digər xəyanətkar rəhbərlərin dövründə yaranır?! Belə təsadüf olarmı? Axı, bu, zərrə qədər heç inandırıcı deyil. Həqiqət odur ki, ulu öndər Heydər Əliyev, Azərbaycan maraqlarına zidd olan hallar yarandıqda ölkə maraqlarını, xalq maraqlarını üstün tutmuş və hər zaman bu mübarizədə qalib gəlmişdir, bir çox hallarda isə bu vəziyyətlərin yaranmaması üçün öncədən əlindən gələni edirdi və istədiyinə də tam nail olurdu. Tarixi olduğu kimi çatdırmaq, təhrif etməmək insanlıq istər, vicdan borcudur.

    Ulu Öndər Heydər Əliyev 1982-ci ilə qədər Azərbaycan xalqında azad fikir söyləmək bacarığını, cəsarətini və demokratik düşüncə tərzini formalaşdırdı getdi. Ümummilli lider Heydər Əliyev gedəndən sonra, xalq dəfələrlə yanıldı, nə az, nə çox 5 dəfə yanlış rəhbər seçərək (əlavə 3 dəfə də müstəqillikdən öncə), yalnız, bu, yanlış seçimlərdən sonra tam doğru seçim etməyi öyrəndi, bacardı və nəhayət 1993-cu ildə Ümummilli lider Heydər Əliyevi tam şəffaf yollarla, dəmokratik şəkildə özünə əbədi prezident seçdi. Azərbaycan dövləti demokratik dövlətdir, xalqın azad və doğru seçim etmək bacarığı var, bu bacarığı xalqa ulu öndər Heydər Əliyev 1982-ci ilə qədər aşılamışdı.

    Ümummilli lider Heydər Əliyev 1969-1982-ci və 1993-2003-cu illərdə Azərbaycana rəhbərlik etmişdir (23 il), Prezident İlham Əliyev 2003-cu il tarixindən bu günə qədər Azərbaycana rəhbərlik edir (20 il), Heydər Əliyev siyasəti ümumi olaraq 43 ildir ki, davam edir, bu illər ərzində 1 fakt, xırda 1 fakt tapmaq mümkün deyil ki, Azərbaycan maraqlarına zidd olduğu iddia edilsin. Çünkü, düşmənə, yadlara heç bir xırda güzəşt belə edilməyib, hansı ki, ölkə maraqlarına, xalq maraqlarına zidd olan.

    Ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycana rəhbərlik etdiyi illər xaric, digər bütün illərdə Azərbaycana rəhbərlik edən şəxslər ölkə maraqlarına çox ciddi şəkildə zidd olan addımlar atmış, bir çox sənədlər imzalamış, Azərbaycan torpaqlarını düşmənlərə, yadlara pay vermişlər, onların bu əməlləri xəyanət deyil, bəs nədir? Ölkə maraqlarını şəxsi maraqlardan üstün tutmaq, hakimiyyətdə qalmaq niyyəti daşımırmı? Səriştəsizlik, bacarıqsızlıq deyil, bəs nədir?

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR