AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb

  • + A
  • - A
  • 15-01-2023, 23:58

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb

    Yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Səfərə dəvətə görə təşəkkür edən Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionu ilə bağlı müzakirələr zamanı BƏƏ-nin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini və dostluq və qardaşlıq nümunəsi olduğunu bildirib.

    Prezidentlər Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sülhsevər dövlətlər olduğunu qeyd etdilər, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün hər iki ölkənin səylərini vurğuladılar.

    Söhbət zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasət, iqtisadiyyat, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq etdiyi bildirilib, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Dövlət başçılarının müəyyən etdiyi siyasi kursa uyğun olaraq iki ölkənin nümayəndə heyətlərinin müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd edilib.

    Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin mühüm uğurlar, böyük texnoloji nailiyyətlər əldə etdiyini vurğulayan İlham Əliyev bu münasibətlə təbriklərini çatdırıb.

    Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlər və qələbələr münasibətilə Azərbaycanı təbrik edib.

    Azərbaycan Prezidenti Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı Azərbaycana səfərə dəvət edib.

    Dəvət minnətdarlıqla qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR