AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bern şəhərində diplomatik nümayəndəliyimiz 20 Yanvar Faciəsi şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib

  • + A
  • - A
  • 21-01-2023, 22:37

    Bern şəhərində diplomatik nümayəndəliyimiz 20 Yanvar Faciəsi şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib

    Cari ilin 20 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumunun yekunlaşmasından dərhal sonra burada iştirak edən Səfirliyin bütün heyəti Bern şəhərindəki diplomatik nümayəndəliyimizə qayıdaraq 20 Yanvar Faciəsi şəhidlərinin əziz xatirəsini ehtiramla yad etmişlər.

    Bir dəqiqəlik sükutla başlayan tədbirin əvvəlində səfir Fuad İsgəndərov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin doğma Vətənimizin siyasi və iqtisadi inkişafına, regionda lider mövqelərinin bərpasına yönəlmiş Davos Dünya İqtisadi Forumunda keçirtdiyi görüşlərin artıq baş tutmuş və gələcəkdə də həyata keçiriləcək nəticələri Azərbaycan Respublikasının müstəqilliyi uğrunda öz həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə ən səmimi töhfə kimi qiymətləndirilməlidir.

    Səfir onu da vurğulamışdır ki, Azərbaycanın möhtəşəm beynəlxalq tədbirlərdə səmərəli iştirakı bir daha onu göstərir ki, müstəqilliyimizin bərpa olunması uğrunda həyatlarını qurban vermiş Azərbaycanlıların yeni nəsilləri müstəqil, qüdrətli, inkişaf etmiş digər dövlətlər sırasında öz layiqli yerini tam tutmuş bir ölkədə yaşayırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR