AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Gənclər həftəsi” çərçivəsində qazi Tosif Hüseynov ziyarət olunub

  • + A
  • - A
  • 26-01-2023, 15:32

    “Gənclər həftəsi” çərçivəsində qazi Tosif Hüseynov ziyarət olunub


    Azadmedia.az - 26 yanvar 2023-cü il tarixində “Gənclər həftəsi” çərçivəsində Masallı rayon. Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi Il Qarabağ Müharibəsi qazisi Hüseynov Tosif Məmmədağa oğlunu ziyarət ediblər. Ziyarət zamanı qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib.Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşüb.

    Hüseynov Tosif Məmmədağa oğlu 03 may 1998-ci il tarixində Masallı şəhərində anadan olmuş, orta təhsil almış, 2016-2018-ci illərdə çağırışçı kimi hərbi xidmətə yollanıb, Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirib.

    Hüseynov Tosif Məmmədağa oğlu 21 sentyabr 2020-ci il tarixində ll Qarabağ Müharibəsində Füzuli, Cəbrayıl, Xocəvənd və Şuşa rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qazimiz Şuşa rayonunun Daşaltı kəndinin azadlığı uğrunda gedən döyüşdə ağır yaralanmışdır.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Hüseynov Tosif Məmmədağa oğlu “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR