AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı Həzi Aslanov yad edilib - FOTO

  • + A
  • - A
  • 26-01-2023, 22:41

    Lənkəranda  iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı Həzi Aslanov yad edilib - FOTO


    İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı Həzi Aslanov Lənkəranda anılıb.

    Azadmedia.az xəbər verir ki, Lənkəranda Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən igid sərkərdə Həzi Aslanovun xatirəsinə həsr olunan vətənpərvərlik tədbirləri keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin və Həzi Aslanovun şəhərin mərkəzində ucaldılan abidələrini ziyarət ediblər, önünə tər güllər düzüblər. Tədbir iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun ev muzeyində davam etdirilib.

    Müdafiə Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin, yerli ictimaiyyətin nümayəndələrinin və Həzi Aslanovun ailə üzvlərinin iştirakı ilə baş tutan tədbirdə bildirilib ki, Ulu Öndərin sevimli qəhrəmanlarından birincisi xalqımızın şanlı oğlu Həzi Aslanov idi. O vaxtlar Heydər Əliyev deyirdi ki, Həzi Aslanov öz qəhrəmanlıq və cəsurluq nümunələri ilə Azərbaycan xalqını dünyada tanıtmış bir şəxsiyyətdir. Həzi Aslanov bizim üçün daim əziz olub və gələcək nəsillər üçün də əziz olacaqdır.
    Çıxış edənlər Həzi Aslanovun hər bir gənc üçün bu gün də örnək olan mənalı həyatı və döyüş yolu, eləcə də Ümummilli Lider Heydər Əliyevin qəhrəmanın adının əbədiləşdirilməsi sahəsində tarixi xidmətləri barədə ətraflı danışıblar.
    Tədbirdə Bakı Bələdiyyə Teatrının aktyorlarının A.Qurbaninin "Həzi Aslanov xatirələr işığında" adlı pyesi əsasında hazırladıqları tamaşadan parçalar nümayiş etdirilib.










    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR