AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail qüvvələri 9 fələstinlini öldürüb - 3 günlük yas elan edilib - SON DƏQİQƏ

  • + A
  • - A
  • 27-01-2023, 09:58

    İsrail qüvvələri 9 fələstinlini öldürüb - 3 günlük yas elan edilib -



    İsrail qüvvələri 9 fələstinlini öldürüb - 3 günlük yas elan edilib.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhərinə təşkil etdiyi basqın nəticəsində 9 fələstinli həyatını itirib, 16 nəfər isə yaralanıb.

    Səhər saatlarında Cenin şəhərinə və qaçqın düşərgəsinə basqın gerçəkləşdirilib. İsrail qüvvələri fələstinlilərin evlərinin damına çıxarkən, fələstinlilər basqına reaksiya verib. İsrail qüvvələrinin güllə və gözyaşardıcı qazdan istifadə etməsi ilə bölgədə qarşıdurma baş verib.

    Fələstin prezidenti Mahmud Abbas həlak olanlara görə üç günlük matəm elan edib. Abbasın “Cenin qaçqın düşərgəsindəki qətliamda şəhid olanlara yas tutmaq məqsədilə” bayraqların yarıya qədər endirilməsi əmri verdiyi bildirilir.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR