AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ankarada Konfransa damğa vuran anlar! Ukrayna ombudsmanı yerə düşmüş Türk bayrağını götürərək yerinə qoydu SON DƏQİQƏ

  • + A
  • - A
  • 27-01-2023, 10:43

    Ankarada  Konfransa damğa vuran anlar! Ukrayna ombudsmanı yerə düşmüş Türk bayrağını götürərək yerinə qoydu


    Konfransa damğa vuran anlar! Ukrayna ombudsmanı yerə düşmüş Türk bayrağını götürərək yerinə qoydu

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 2023-cü il yanvarın 12-də keçirilən konfransın ikinci iclasında Rusiya Ombudsmanı Tatyana Moskalkova yanındakı stolun üzərindəki Türkiyə bayrağına toxunaraq onu yerə salıb. Rusiya ombudsmanı bayrağı qaldırmağa cəhd etməyəndə, həmin vaxt o iclasda olan Ukrayna Ombudsmanı Dmitro Lubinets bir müddət Rusiya ombudsmanının hərəkətlərini izləyib.

    Ukrayna ombudsmanının reaksiyası Ankarada keçirilən konfransda əlamətdar olub. Çıxış edənlər arasında olan Rusiya ombudsmanı Türkiyə bayrağını yerə salsa da, onu yerdən qaldırmağa cəhd etməyib. Lakin vəziyyəti belə görən ukraynalı ombudsman oturduğu yerdən qalxaraq rusiyalı həmkarının gözlərinin içinə baxaraq Türkiyə bayrağını düşdüyü yerdən qaldırıb.

    Rusiya ombudsmanının Türkiyə bayrağına olan hörmətsizliyinə dözməyən Ukrayna Ombudsmanı Dmitro Lubinets Türkiyə bayrağını yerdən qaldıraraq yerinə qoyub. Lubinets bayrağı yerləşdirən zaman Tatyana Moskalkova heyrətlə izləyib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR