AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir - SON DƏQİQƏ

  • + A
  • - A
  • 27-01-2023, 14:14


    Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir -


    Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilir.

    Azadmedia.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə müsahibəsində deyib.

    O söyləyib ki, səfirlik əməkdaşlarının Azərbaycana təxliyəsi həyata keçirilir.

    Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

    Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR