AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

IV “Müasir Audiovizual Baxış” mükafatı təqdim olundu - ÖZƏL

  • + A
  • - A
  • 27-01-2023, 19:17

    IV “Müasir Audiovizual Baxış” mükafatı təqdim olundu - ÖZƏL




    Azadmedia.az xəbər verir ki, 27 yanvar, 2023-cü il tarixdə, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Real FM-in dəstəyi ilə hər həftənin şənbə və bazar günləri 107 FM dalğasında yayımlanan Azernewmedia Şirkətinin “Cinema Radio” Kino Radio Kanalının “IV Müasir Audiovizual Baxış” Mükafatının təqdimat mərasimi keçirilib.

    Belə ki, mükafat ənənəvi olaraq hər il “Cinema Radio” Kino Radio Kanalının soğruları əsasında, il ərzində audiovizual sahədə əldə edilən nailiyyətlərə əsasən verilir.

    Nəzərinizə çatdıraq ki, mükafat 2019-cu ildən təqdim olunur. 2019-cu ildə rejissor, aktyor Kamran Ağabalayevə, 2020-ci ildə rejissor, jurnalist Vəfa Ağabalayevaya, 2022-ci ildə aktyor, ssenarist, aparıcı Azər Aydəmirə və nəhayət, 2023-cü ildə isə, Rejissor Emil Quliyev “IV müasir audiovizual baxış” mükafatının sahibi olub.

    E.Quliyev “Pərdə” trilogiyası, “Körpü” və “Əqrəb mövsümü” teleserialları ilə tamaşaçıların rəğbətini qazanıb. Onun “Ümid” bədii filmi Tulada Qısametrajlı Filmlərin Festivalında və Mazandaranda VIII Beynəlxalq “Varesh International Film Festival”ında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.
    O, 2021-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının – “Pərdə” trilogiyasında sosial-mənəvi problemlərin uğurlu kino həllinə görə” illik mükafatına layiq görülüb.

    Layihə rəhbəri, tanınmış jurnalist, Real TV-nin əməkdaşı Kamran Qasımovdur.

    Qeyd edək ki, “Cinema Radio” Kino Radio Kanalının IV Ənənəvi “Müasir Audiovizual Baxış” Mükafatının təqdimetmə mərasiminə “CinemaPlus” kinoteatrlar şəbəkəsi, “Azman Holding” dəstək göstərir.
    “Azman Holding” ölkəmizdə çoxsaylı sosial-mədəni layihələri, vətənpərvərlik tərbiyəsinə xidmət edən idman yarışlarını, gənclərin müxtəlif təşəbbüslərini dəstəkləyir. Vətən müharibəsi qazilərinə, şəhid ailələrinə və aztəminatlılara yardım göstərir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR