AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qardaş Türkiyəyə Milli Məclis deputatları, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşları tərəfindən 40 ədəd daşınan generator göndərilib - FOTO - ÖZƏL

  • + A
  • - A
  • 10-02-2023, 17:32

    Qardaş Türkiyəyə Milli Məclis deputatları, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşları tərəfindən 40 ədəd daşınan generator göndərilib - FOTO - ÖZƏL




    Qardaş Türkiyəyə Milli Məclis deputatları, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşları tərəfindən 40 ədəd daşınan generator göndərilib.
    Azadmedia.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Məşhur Məmmədov öz Facebook hesabında bildirib.


    Deputat bildirib ki, “Bu günlərdə ölkəmizdə bir sıra dövlət qurumları, ayrı-ayrı təşkilatlar və sadə vətəndaşlar Türkiyədə baş vermiş təbii fəlakət – çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ ilə əlaqədar yardım kampaniyasına başlayıblar.

    Azərbaycan Prezidenti cənab İlham Əliyevin təqdir etdiyi bu humanitar yardım aksiyasına ölkənin Milli Məclisi də qoşulub.

    Milli Məclis deputatlarının, Parlament Aparatı və İşlər İdarəsi əməkdaşlarının da bu aksiyaya öz töhfələrini vermək məqsədilə topladıqları vəsaitə təbii fəlakət ərazisində böyük ehtiyac duyulan 40 ədəd daşınan generator alınaraq qardaş ölkəyə göndərilib.”









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR