AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Borussia Dortmund klubu zəlzələ qurbanları üçün xüsusi hazırlanmış formaları hərraca çıxaracaq - Eksklüziv

  • + A
  • - A
  • 17-02-2023, 22:20


    Borussia Dortmund klubu zəlzələ qurbanları üçün xüsusi hazırlanmış formaları hərraca çıxaracaq -


    Almaniya Birinci Futbol Liqasının (Bundesliqa) komandalarından olan "Borussiya Dortmund" liqanın 21-ci həftəsində "Herta Berlin"lə qarşılaşacaq.

    Azadmedia.az xəbər verir ki, “Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən zəlzələlərdə zərər görənlər üçün futbolçuların geyinəcəyi xüsusi dizaynlı qara formalar hərraca çıxarılacaq.

    Alman klubundan verilən açıqlamada Türkiyə-Suriya sərhəd bölgəsində baş verən zəlzələlərin artıq ötən əsrin ən dəhşətli təbii fəlakətləri sırasında olduğu diqqətə çatdırılıb.

    Açıqlamada klubun zəlzələdən zərərçəkənlərə bir daha kömək etmək üçün 19 fevral bazar günü Hertha Berlin ilə matçda futbolçuların geyinəcəkləri "xüsusi formaları" hərraca çıxarmağa qərar verdiyi bildirilib. Həmçinin fanatlara Türkiyə və Suriyadakı insanlara kömək etmək üçün ianə çağırışı da olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR