Nazirlər Kabineti "Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydası"nın təsdiq edilməsi barədə Qərar verib.
Sənədə əsasən, "Turizm haqqında" Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 448-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 fevral tarixli 1601 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılması qaydası" təsdiq edilsin.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.