AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Düşənbə Azərbaycanın Tacikistandakı neft və qaz yataqlarının işlənməsində iştirakında maraqlıdır

  • + A
  • - A
  • 5-04-2023, 22:19

    Düşənbə Azərbaycanın Tacikistandakı neft və qaz yataqlarının işlənməsində iştirakında maraqlıdır

    Tacikistan prezidenti Emoməli Rəhmon Düşənbənin Azərbaycanın neft və qaz yataqlarının işlənməsində iştirakında maraqlı olduğunu bildirib. Tacikistan liderinin saytı xəbər verir ki, o, bu barədə çərşənbə günü Düşənbədə ikitərəfli əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu danışıqlarda Azərbaycan prezidenti İlham Əliyevə deyib.
    Danışıqlar zamanı Əliyev və Rəhmon iki ölkə arasında dövlətlərarası münasibətlərin bütün spektrini müzakirə edib, beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıblar.
    “Möhkəm dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Tacikistan münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində qarşıda duran işlər üçün konkret istiqamətlər müəyyən edilib. Danışıqlar zamanı Rəhmon iki ölkə arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın davamlı inkişaf dinamikasını qeyd edib”, - məlumatda deyilir.
    İki ölkə liderləri investisiya, sənaye kooperasiyası, aqrar-sənaye kompleksi, nəqliyyat və yanacaq-energetika kompleksi kimi sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə razılığa gəliblər.

    “Rəhmon, həmçinin Tacikistan tərəfinin Azərbaycan şirkətlərinin Tacikistanın neft və qaz yataqlarının işlənməsində iştirakında maraqlı olduğunu təsdiqləyib”, - məlumatda deyilir.

    Əliyev və Rəhmon, həmçinin yüngül, kimya və mədənçıxarma sənayesi, tikinti materiallarının istehsalı, alüminium, pambıq lifi, qiymətli və yarımqiymətli daşların və metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanların olduğunu qeyd ediblər.

    Bundan əlavə, Düşənbə Azərbaycanın tranzit imkanlarından daha fəal istifadə edilməsində və Tacikistanın dövlət və kommersiya strukturlarının yükdaşımalarının həcminin artırılmasında maraqlıdır.

    Eyni zamanda, hər iki ölkənin liderləri beynəlxalq terrorizm, ekstremizm, narkotik və silah qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR