Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Özbəkistanla birgə İnvestisiya Fondunun yaradılması haqqında hökumətlərarası sazişi təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, müvafiq sənəd dövlət başçısının saytında dərc olunub.
Saziş 2023-cü il fevralın 24-də Daşkənddə keçirilən Azərbaycan və Özbəkistan Regionlarının birgə Forumunun iclası çərçivəsində imzalanıb.
Fondun nizamnamə kapitalının ilkin həcmi 500 milyon ABŞ dolları təşkil edəcək.Fondun kapitalında Azərbaycanın payı 75 faiz, Özbəkistanın payı isə 25 faizdir.
Fondun əsas məqsədi birgə layihələrə, o cümlədən üçüncü ölkələrdə layihələrə kredit vermək, yeni iş yerlərinin yaradılması, Bakı ilə Daşkənd arasında ticarət dövriyyəsinin və sənaye əməkdaşlığının gücləndirilməsidir.
Əliyev 2023-cü il fevralın 23-də Bakıda imzalanmış beynəlxalq avtomobil daşımaları haqqında Azərbaycan-Britaniya hökumətlərarası sazişi də təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.