AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Danışıqlarda İran da, Rusiya da iştirak edir” - Çavuşoğlu

  • + A
  • - A
  • 27-05-2023, 11:59

    “Danışıqlarda İran da, Rusiya da iştirak edir” -



    Suriyalıları bir plan çərçivəsində öz ölkələrinə göndərəcəyik.

    Azadmedia.az xəbər Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə mediasına açıqlamasında deyib.

    Belə ki, “Türkiyə Suriyanın şimalında terrorçulardan təmizlədiyi bölgələrə 553 min suriyalını geri qaytarıb. Bu proses planlı şəkildə davam edəcək. Biz istəyirik ki, təkcə təhlükəsiz yerlərə deyil, həm də rejimin nəzarətində olan bölgələrə suriyalıları göndərək. Bunun üçün biz rejimlə danışıqlara başlamışıq. Danışıqlarda İran da, Rusiya da iştirak edir. Təbii ki, Suriya üçün terrorun aradan qaldırılması həm təhlükəsizlik baxımından, həm də sabitliyi baxımından önəmlidir. Rejimin nəzarətində olan ərazilərə suriyalıların təhlükəsiz deportasiyası üçün infrastrukturun hazırlanması ilə bağlı razılığa da gəldik. Moskvada keçirdiyimiz son iclasda da müvafiq qurumların iştirak edəcəyi nazir müavinləri səviyyəsində komissiyanın yaradılması barədə qərar qəbul etdik”, - deyə Çavuşoğlu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR