AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda MDB-nin Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclası keçirilir - SON DƏQİQƏ

  • + A
  • - A
  • 8-06-2023, 13:03


    Bakıda MDB-nin Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclası keçirilir -


    Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclası keçirilir.

    Azadmedia.az xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan, Türkmənistan və Ermənistanın sərhəd xidmətləri, MDB-nin İcraiyyə Komitəsi, MDB-nin Antiterror Mərkəzi və Birliyin digər institutlarının nümayəndələri iştirak edirlər.

    Belə ki, tədbirdə MDB iştirakçısı olan dövlətlərin xarici sərhədlərində vəziyyət və onun inkişaf tendensiyaları, MDB üzv dövlətlərinin xarici sərhədlərindən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə 2023-cü ildə keçirilən və 2024-cü il üçün planlaşdırılan birgə əməliyyatlar, SQKŞ-nin 87-ci iclasının təşkili və gündəliyinin layihəsi nəzərdən keçiriləcək, eləcə də tədbirin gündəliyinə uyğun olaraq digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

    Bununla yanaşı, aidiyyəti nümayəndə heyətləri arasında ikitərəfli formatda görüşlər keçiriləcək, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

    Qeyd edək ki, tədbir çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinin fəaliyyəti ilə tanış olacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR