AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabirin yazdığı 100 il sonra gerçəkləşdi! - Şamaxıda seyrə balonlarda çıxdılar+Video

  • + A
  • - A
  • 18-06-2023, 18:20

    Sabirin yazdığı 100 il sonra gerçəkləşdi! - Şamaxıda seyrə balonlarda çıxdılar+Video

    Xəbər verdiyimiz kimi, 17-18 iyun tarixlərində Azərbaycanda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçirilib.

    Şamaxı şəhərində təşkil olunan tədbirin əsas hədəflərindən biri ölkəmizin, o cümlədən festivalın keçirildiyi Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.

    İyunun 17-də və 18-də səhər saatlarında nümayiş uçuşları olub.

    Hava şarlarında uçuş unudulmaz təəssürat üçün gözəl fürsətlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrində hava şarlarının festivalları keçirilir və turistlər məhz bu uçuşların aparıldığı yerə səfər edir.

    Bununla da Azərbaycanda bir ilk yaşandı. Şamaxıda ölkəmizin tarixində ilk dəfə Hava Şarları Festivalı keçirildi. Dünyada böyük maraqla, böyük həvəslə izlənilən bu festival, eyni zamanda hava şarlarında uçuş ölkəmizdə iki gün ərzində ən yüksək səviyyədə reallaşdırıldı.

    Hava şarları seyrinin Şamaxıda baş tutmasını təsadüfi saymaq olmaz. Çünki dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabir hələ 1900-cü ilin əvvəllərində Azərbaycanın dünyanın ümumi iqtisadi tərəqqisindən, inkişafından geri qalmasını öz şeirində belə tərənnüm edirdi:

    Dindirir əsr bizi, – dinməyiriz,
    Açılan tоplara diksinməyiriz;
    Əcnəbi sеyrə balоnlarla çıxır,
    Biz hələ aftоmоbil minməyiriz;
    Quş kimi göydə uçar yеrdəkilər,
    Bizi gömmüş yеrə minbərdəkilər!


    Sabir bunu 100 il əvvəlki dövr üçün deyəndə heç düşünmək olmazdı ki, bir əsr keçəcək Sabirin yurdu Şamaxıda azərbaycanlılar seyrə balonlarda çıxacaqlar. Seyrə balonlarla çıxmaq həm də tərəqqinin, inkişafın, mədəni səviyyənin, turizm potensialının artmasının göstəricididir. Bu gün Şamaxıda seyrə balonlara çıxılması yuxarıdan aşağı baxmaq deyil, ölkəmizi yuxarıdan görmək, ölkəmizin bir parçasının yuxarıdan necə möhtəşəm göründüyünün seyr etmək imkanıdır.

    “Qafqazinfo”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR