Bakı, 24 iyun — Azadmedia.az
Azərbaycan Karate Federasiyaları Assosiasiyasının rəhbərliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş seminar təşkil edilib.
Azadmedia.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən seminarda Azərbaycan Karate Federasiyaları Assosiasiyasının rəhbərliyi və 500-ə yaxın məşqçi və idmançı iştirak edib.
Belə ki, Arpaçay Karate Klubunun prezidenti Yavər Hüseynovun verdiyi məlumata görə, turnir çərçivəsində ölkəmizdə ilk dəfə olaraq, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının rəhbərliyi, son 30 ildə karatenin inkişafında misilsiz rol oynayan, milli karatenin təməlini qoyan dəyərli karate ustadlarımız, o cümlədən AKFA-nın prezidenti, deputat Ülvi Quliyevin və AKFA-nın vitse-prezidenti Füzuli Musayevin iştirakı ilə karate üzrə texniki seminar da baş tutmaqdadır.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Arpaçay Karate Klubunun Açıq Karate Turniri hazırlıq işləri Gənclər və İdman Nazirliyinin Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının (AKFA) və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə keçirilən seminar 25 iyun tarixinədək davam edəcək.