AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təxribat törədən erməni hərbçilər ağır yaralandı

  • + A
  • - A
  • 12-07-2023, 16:09

    Təxribat törədən erməni hərbçilər ağır yaralandı


    Ermənistan silahlı qüvvələrinin 2 hərbçisi Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində yaralanıb.

    Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.

    Hərbçilərin vəziyyəti ağır qiymətləndirilir.

    Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinə atıcı silahlardan atəş açıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR