Pakistanın keçmiş Baş naziri İmran Xan beş il müddətinə siyasətdən kənarlaşdırılıb.
Azadmedia.az xəbər verir ki, dövlət hədiyyələrini satmaqda və var-dövlətini gizlətməkdə ittiham olunan Pakistanın keçmiş baş naziri İmran Xana Toşaxana işi çərçivəsində 5 il siyasi qadağa qoyulub.
Belə ki, cinayət işi çərçivəsində 3 il həbs cəzası alan və həbs edilən keçmiş baş nazir İmran Xana 5 il siyasi qadağa qoyulub.
Qeyd esək ki, Pakistan Seçki Komissiyası siyasi qadağa qərarını 2017-ci il Seçki Qanununun 232-ci maddəsi və Konstitusiyanın 63(1)(h) maddəsinə əsaslanaraq, Xana qarşı həbs cəzasını əsas gətirib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.