XIV Səfirlər Konfransı çərçivəsində ''Türkiyə Yüz İlində Ünsiyyət, Mədəniyyət və Elm Paneli” mövzusunda panel iclas keçirilib.
Azadmedia.az-ın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Türkiyenin xarici işlər naziri Hakan Fidanın ev sahibliyində keçirilәn iclasda mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Әlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Ali Təhsil Şurasının sədri professor Erol Özvar iştirak ediblər.
Belə ki, ''Türkiye Yüz İlində Ünsiyyət, Mədəniyyət və Elm Paneli” mövzusunda keçirilən iclasda Cümhuriyyətin 100-cü ildönümündə təşkil ediləcək tədbirlər ilə yanaşı, mədəni sərvətlərin qorunması, turizm, beynəlxalq tələbələr və təhsil, dezinformasiya ilə mübarizə və strateji kommunikasiya məsələləri müzakirə edilib.
Bundan əlavə, həmin paneldə Xarici İşlər Nazirliyi ilə aidiyyəti nazirlik və idarələr arasında mədəniyyət və xalq diplomatiyası sahələrində koordinasiya və əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, XIV Səfirlər Konfransı xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə xaricdə və mərkəzi təşkilatlarda fəaliyyət göstərən bütün səfirlərin iştirakı ilə 5-9 avqust tarixlərində paytaxt Ankarada keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.