AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə xarici siyasət oxundakı hədəflərini gücləndirməyə davam edəcək - TBMM Sədri

  • + A
  • - A
  • 9-08-2023, 17:28

    Türkiyə xarici siyasət oxundakı hədəflərini gücləndirməyə davam edəcək -


    Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bəzi Qərb ölkələrində Qurana hücumların açıq-aşkar insanlıq cinayəti olduğunu bildirib.

    Azadmedia.az xəbər verir ki, TBMM-də keçirilən 14-cü Səfirlər Konfransı çərçivəsində paytaxt Ankaraya gələn səfirləri qəbul edən N.Kurtulmuş Qərb ölkələrindəki təxribatçı hərəkətlərə də toxunaraq deyib: “Qərbdə Quranın yandırılması məsələsi təkcə bəzi faşistlərin müsəlmanlara qarşı təhqiri kimi qəbul edilməməlidir. Bu hadisə özlüyündə bütün bəşəriyyətə qarşı açıq cinayətdir. Bu gün bunu siyasi motivlərlə izləyənlər əslində öz sonlarını hazırlayırlar. Avropada bu irqçi, anti-İslam hərəkatlarının gedişatı əslində Avropanın mötədil siyasi damarlarını zəiflədir.”

    Qeud olunub ki, “Türkiyənin islamafobiyaya qarşı humanitar yanaşması Avropa xalqlarının demokratik gələcəyi üçün son dərəcə dəyərli bir təşəbbüsdür. Ölkəmiz sülh, sabitlik və etibara yönəlmiş xarici siyasət yürüdür. Türkiyənin öz mövqeyini möhkəmləndirmək məcburiyyətində hiss edən bir ölkədir. Artıq Türkiyə belə bir güc və qüdrət qazanıb.

    Türkiyə xarici siyasət oxundakı hədəflərini gücləndirməyə davam edəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR