Tarif Şurası bir ay müddətində dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini müəyyənləşdirəcək.
President.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun tətbiqi və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişikliyi təsdiq edib.
Fərmana əsasən, Tarif (qiymət) Şurası “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsində nəzərdə tutulmuş dərman vasitələrinin sadələşdirilmiş ekspertizası xidmətlərinin tariflərini, o cümlədən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.